
Fevralda banklar daha çox valyuta alıb
Azərbaycan Mərkəzi Bankı xarici valyuta satışının fevral sessiyasını başa çatdırıb. Turanın hesablamasına görə, banklar 404,2 mln dollar alıb.
Fevralın ikinci yarısında bankların xarici valyutaya tələbatı fevralın 1-dən 15-ə qədər olan tələbatdan çox olub: Fevralın 1-dən 15-ə qədər hərraclarda 153,6 mln, 17-dən 29-a qədər 250 mln dollar satılıb.
Açıqlanan məlumata görə, yanvarda 4 hərracda 318 mln dollar satılıb.
Mərkəzi Bankın məlumatına görə, bir ay müddətində bu göstərici 618,2 mln dollar azalmaqla fevralın 1-ə onun valyuta ehtiyatları 4 398,5 mln dollar olub. 08B
-
- İqtisadiyyat
- 29 Fevral 2016 15:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz