Buğda idxalı 13,2% artıb
2015-ci ilin IV rübündə Azərbaycan 1 tonu $193-dan 372,9 min ton buğda idxal edib, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ötən il Azərbaycan xaricdən 1 mln 353 min ton buğda alıb. Bu, əvvəlki ildəkindən (1 mln 195,6 min ton) 13,2% çoxdur.
Buğdanın çoxu (1 mln 234,6 min ton) Rusiyadan alınıb.
2015-ci ildə 1 ton buğda Azərbaycan gömrüyündə $219-dan bəyan edilib. Bu, 2014-cü ildəkindən $26,8 azdır.
DSK-nın məlumatına görə, 2015-ci ildə Azərbaycanda buğda istehsalının həcmi 1 mln 687,7 min ton olub. Bu, 2014-cü ildəkindən 16,5% çoxdur. 1 ha-dan məhsuldarlıq (31,3 sentner) 30,4% artıb.
Müstəqil ekspert Vahid Məhərrəmov hesab edir ki, Azərbaycan buğdasından heyvandarlıq və quşçuluqda istifadə edilir. Ərzaq taxılına olan tələbat idxaldan asılıdır.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri çörək kombinatlarına tövsiyə edir ki, yerli və idxal buğdasını müəyyən nisbətdə qarışıdırsınlar. 08B
-
- İqtisadiyyat
- 29 Fevral 2016 15:15
-
- İqtisadiyyat
- 29 Fevral 2016 16:28
İqtisadiyyat
-
Elon Mask, ABŞ Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) həmsədri olaraq, 2026-cı ilə qədər federal xərclərin aqressiv şəkildə azaldılması yolu ilə ABŞ-da inflyasiyanı sıfıra endirmək üçün strategiya irəli sürüb. Maskı planı, proqnozlaşdırılan gündəlik xərcləri təxminən 4 milyard dollar azaltmağı hədəfləyir və 2026-cı ilə qədər federal büdcə kəsirini 1 trilyon dollara qədər endirməyi nəzərdə tutur. Kəsir hələ də böyük olsa da, Musk hesab edir ki, sürətləndirilmiş iqtisadi artım inflyasiya təzyiqlərini kompensasiya edərək iqtisadiyyatı sabitləşdirə bilər.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
Rəy yaz