Fond birjası kross əqdlərin bağlanmasını sürətləndirmək qərarına gəlib
Bakı Fond Birjası 29 oktyabr 2012-ci ildə qəbul edilən kross əqdlərin bağlanması qaydalarına dəyişiklik edib. Fevralın 10-dan başqa brokerlərdən kross sifarişlərin alınması üçün gözləmə müddəti iki dəfə artırılır.
Qaydalar birjada 1 fevral 2013-cü ildən tətbi edilib. Amma praktikada BFB kross əqdlər üzrə ədalətli qiymət formalaşdıra bilməyib. Birjanın hər gün açıqladığı səhmlər üzrə alqı-satqı məlumatı göstərir ki, onlar əvvəlkitək nominal qiymətinə satılır. Başqa sözlə, brokerlər eyni zamanda birja platforması vasitəsilə satıcının və alıcının təmsilçisi rolunda çıxış edən həmkarlarının sifarişlərini “sezmirlər”. 30 dəqiqə gözləmə müddəti altmış dəqiqəyə artırılandan sonra vəziyyət dəyişəcəkmi? – bunu zaman göstərəcək, deyə fond bazarının mütəxəssisləri bildirir.
Ünvanlı əqdlərə «müvəqqəti dəhliz» verilməsində məqsəd rəqabət sifarişləri götürməklə təkrar bazarda ədalətli qiymət formalaşdırmaq, şəffaflığı artırmaq, investorların hüquqlarını qoruumaqdır. BFB-də əqdlərin demək olar ki, 100%-i kross əqdlərdir və onların qiyməti dəyişmir.
Bu yaxınlarda birjada informasiya lövhəsi qoyulub və orda qiymətli kağızlar haqda məlumat verilir. İnvestorların səhmlərin real qiyməti barədə başqa məlumat mənbəyi yoxdur.
Qiymətli kağızlara ədalətli qiymətlərin formalaşması "2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulub. Bir çox hallarda səhmlərin faktiki qiyməti birja qiymətindən bir neçə dəfə yüksək olur. Bəzən isə real qiymət nominaldan ucuz olur. Amma brokerlər bu əqdləri minimum müəyyn edilən nominal üzrə sənədləşdirir. 08D
-
- İqtisadiyyat
- 6 Fevral 2015 12:29
-
- İqtisadiyyat
- 6 Fevral 2015 12:40
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz