Depozit hesabları ilə əməliyyatlar azalıb
Mərkəzi Bankın məlumatına görə, ötən il fiziki və hüquqi şəxslərin depozit hesablarına mədaxil 13,23% azalaraq 1 mlrd 535 mln 994 min manat olub. Amma verilən kreditlər üzrə mədaxil artıb - 4 mlrd 429 mln 563 min manat (+29,38%).
Depozit hesablarından ödənişlər 1 mlrd 42,135 mln manat (azalma 11,51%), kreditlər üzrə ödəniş 4 mlrd 574,887 mln manat (artım 8,33%) olub.
AMB-nin emissiyası 2014-cü ildə 187 mln 546 min manat olub. Bir əvvəl bu göstərici 1 mlrd 255,61 mln manat idi. Banklara kassa mədaxili nağd şəkildə 42 mlrd 411 mln 764 min manat (+10,4%), o cümlədən hüquqi şəxslərdən 10 mlrd 859,91 mln manat (+21,23%), fiziki şəxslərdən 3 mlrd 137 mln 584 min manat (+3,41%), fiziki və hüquqi şəxslərlı bank əməliyyatlarından mədaxil 24 mlrd 668,45 mln manat (+3,68%) olub.
Kassa xərcləri 42 mlrd 145 mln 775 min manat (+6,31%) təşkil edib. Bunun 11 mlrd 677,64 mln manatı (+15,92%) bankomatlar vasitəsilə olub. --17D—
-
- Cəmiyyət
- 6 Fevral 2015 12:07
-
- İqtisadiyyat
- 6 Fevral 2015 12:37
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz