![Qərb sərhədlərində qarşıdurma, ölənlər var](https://turan.az/resized/media/2015/main/020600105497-750-500-resize.webp)
Qərb sərhədlərində qarşıdurma, ölənlər var
Azərbaycanın qərb sərhədlərində Ermənistanla silahlı qarşıdurma olub. Davamlı atışma əsasən Qazax (Bakıdan 500 kilometr qərb) və Tovuz (Bakıdan 450 kilometr qərb) rayonlarının Ermənistanla sərhəd məntəqələrini əhatə edib.
Yerli mənbələrdən “Amerikanın səsi”nə daxil olan məlumata görə, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan ordusu mülki əhalini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub. Kənd sakinlərindən bir neçə nəfər yaralanıb, bir ev yanıb, yüzdən çox evə ziyan dəyib.
Ümumilikdə, atışma bir neçə saat davam edib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Fərid Ağayev həlak olub.
Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən yazırlar ki, atışma nəticəsində bir hərbi qulluqçu öldürülüb, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndləri ziyan çəkib, atəş nəticəsində qaz kəməri partlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son gün ərzində bütün cəbhə boyu atəşkəs 86 dəfə pozulub.-03B-
-
- İqtisadiyyat
- 6 Fevral 2015 10:56
-
- İqtisadiyyat
- 6 Fevral 2015 12:29
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz