![İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını bizimlə öyrənin!](http://turan.az/resized/750/500/resize/media/2015/main/020500105493.jpg)
- İqtisadiyyat
- 6 Fevral 2015, 10:56
- 155
İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını bizimlə öyrənin!
İnternet Bankçılıqdan təhlükəsiz istifadə qaydalarını Yapı Kredi Bankçılıq Akademiyasının Sizə təqdim etdiyi əməliyyat təhlükəsizliyi təlimi vasitəsilə öyrənin. Təlimdə şifrə məlumatlarının qorunması, kompyuterdən təhlükəsiz istifadə, sosial şəbələlərdən istifadə edərkən təhlükəsizlik qaydalarının riayət edilməsi ilə bağlı faydalı məlumatlar mövcuddur. İnternet Bankçılıqdan istifadə etmədən öncə bu qaydalarla tanış olmağı Sizə tövsiyyə edirik. www.yapikredi.com.az saytında “Təlim” menyusuna daxil olaraq bir neçə dəqiqənizi ayırıb təlim videosunu izləməklə İnternet Bankçılıqdan təhlükəsiz istifadənin əsas məqamlarını öyrənmiş olacaqsınız.
İnternet Bankçılıqdan istifadə edərkən diqqət edilməli əsas məqamları qısa olaraq diqqətinizə çatdırırıq:
- Şifrə məlumatlarınızı digər şəxslərlə bölüşməyin
- Kompyuterinizdə lisenziyalı proqramlardan istifadə edin
- Kompyuterinizə yüklədiyiniz materilalları antivirus nəzarətindən keçirin
- Mənşəyini bilmədiyiniz proqramları komyuterinizə yükləməyin
- İnternet əlaqənizi ADSL vasitəsilə edirsinizsə internetdən istifadə etmədiyiniz zamanlarda modemin söndürülməsinə diqqət edin
- İnternet Bankçılıq şifrənizi təyin edərkən digər şəxslərin asan şəkildə əldə edə biləcəyi bir şirfə seçməyin, şifrənizi tez-tez dəyişdirin, şifrə və istifadəçi kodunuzu kompyuterinizdə qeyd etməyin, heç bir yerə yazmayın, pul qabınızda daşımayın.
Ətraflı məlumat üçün 7/24 rejimdə fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz