Gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib
Gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən bu göstəricilər hüquqi statusundan asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda əmək qanunları məcəlləsinin tələblərinə uyğundur.
Beləliklə, qeyri-iş günləri bunlardır: 1-2 yanvar, 20 yanvar, 8 mart, 20-24 mart, 9 və 28 may, 15 və 26 iyun, 6-7 iyul, 12-13 sentyabr, 9 noyabr və 31 dekabr. Bayram günlərinin istirahət günlərinə düşməsilə əlaqədar həftədə 5 gün çalışanlar üçün 25 mart, 30 may, 27 iyun, həftədə 6 gün çalışanlar üçün 25 mart və 27 iyun qeyri-iş günləri elan edilib.
Əmək norması həftədə 40 saat və ya gündə 8 saat həddində müəyyən edilib. Əmək Məcəlləsinə uyğun olaraq bayramqabağı günlərdə iş saatı norması 1 saat azaldılır.
Gələn il uzun il olacaq və 366 təqvim günündən ibarətdir. Bunun 243-ü iş günüdür.--17D—
-
- İqtisadiyyat
- 30 Dekabr 2015 11:37
-
- İqtisadiyyat
- 30 Dekabr 2015 12:22
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz