
Hökumət "Azərişıq"ın nizamnamə kapitalını artırır
Nazirlər Kabinetinin qərarına əsasən, maliyyə davamlılığı üçün "Azərişıq"ASC-nin nizamnamə kapitalı 885 mln 633,532 min manatadək artırılacaq.
ASC-nin nizamnamə kapitalı 442 mln 816,766 min ədəd səhmə bölünəcək. Hazırda səhmlərin sayı 311 mln 766,766 min ədəddir. Səhmlərin nominalı 2 manatdır (1,999988…).
Qərara əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və "Azərişıq" ASC bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Xatırladaq ki, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib. --17D—
-
- Cəmiyyət
- 29 Fevral 2016 13:10
-
- İqtisadiyyat
- 29 Fevral 2016 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz