Media-monitorinq 29.02.2016
Rəsmi media hökumətin antiböhran tədbirləri haqda yazır.
Ölkədə Cənub Qaz Dəhlizilə bağlı toplantı, sosial problemlər, insan haqları müstəqil medianın aparıcı mövzusudur.
“Azərbaycan” qəzeti “Fəal antiböhran tədbirləri mühüm nəticələr verir” adlı məqaləni nəzərə çatdırır. Məqalə ölkənin neftdən asılılığına son qoymaq barədə hökumət siyasətinə həsr edilib. “Qarşıya vəzifə qoyulub ki, biz bir neçə idlən sonra neft amilindən asılılığı tamamalilə aradan qaldırmalıyıq, əminəm ki, buna nail olacağıq”, deyə qəzet dövlət başçısı İlham Əliyevdən sitat gətirir.
“Azadlıq” qəzeti ikinci devalvasiyadan sonra hökumətin yaratdığı “yeni iş yerləri” siyasətini tənqid edir. Belə ki, devalvasiya kütləvi ixtisarlarla müşaiyət edildi. Hökumət bununla bağlı iş yerləri yaratmaq tövsiyəsi verdi. Qəzet nümunə olaqaq “Azərenerji”də baş verənləri gündəmə gətirir. İşdən azad edilən enegetiklər üçün hanasısa tikinti və abadlaşdırma sahəsi yardılıb. Bu zaman vahid əməkhaqqı cədvəlində qurumun rəhbər işçilərinin maaşları maksimumla, sıravilərin maaşları minimumla verilir. “Beləliklə, aydın olur ki, işçilərin maaşlarını kəsməklə yeni işə götürülənlər əmək haqqı ilə təmin ediləcək. “Azərenerji”nin rəhbər şəxslərinin maaşları isə deyidliyi maksimumla veriləcək”, deyə qəzet bununla yeni iş yerləri yaradılmasının mahiyyətinə aydınlıq gətirir.
Qəzet “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatınin 2015-2016-cı illərdə dünyada insan haqlarına dair hesabatının Azərbaycanla bağlı hissəsini dərc edib.
Qurumun Cənubi Qafqaz üzrə nümayəndəsi Natalia Noqadze sənədin Azərbaycanla bağlı hissəsində sivil cəmiyyətə və fərqli düşüncə üzərinə hücumların davam etdiyi deyilir. N.Nozadze “Amerikanın Səsi”nin “Amerika icmalı” proqramına skype müsahibəsində bunu şərh edib.
“Amnesty International-ın narahatlıqları Azərbaycanda bütün sivil hüquqlara aiddir. Buraya söz və ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlığı daxildir. Son iki ildə Azərbaycan hökuməti ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib. Aparıcı QHT-lər bağlanıb, onların rəhbərləri saxta ittihamlarla həbs edilib, müstəqil jurnalistlər də təqib edilib və saxta ittihamlarla qarşılaşıb, hədələnib və təzyiqə məruz qalıb. Onaların çoxu ölkəni tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan parlaçanmış müxalifət zəiflədilib, çünki onların liderləri təqib olunub, həbs ediliblər. Onların tərəfdarları da hədələnib və qorxudulub. Birləşmə azadlığına gəldikdə Azərbaycanla bağlı uzun müddətdir narahatlıq mövcuddur, çünki insanların azad çəkildə toplaşıb hökumətin siyasəti ilə razı olmadığını bildirməsi qadağan edilib”, deyə hesabatda qeyd edilir.
N.Nozadze Azərbaycanda insan haqlarının son illərdə kəskin pisləşdiyini və azı 18 nəfəri vicdan məhbusu hesab etdiklərini bildirib.
“Yeni Müsavat” qəzeti bu gün Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının toplantısını gündəmə gətirir. Qəzet bu toplantını “böyük güclərin həlledici sammiti” adlandırır. Bununla yanaşı, qəzet həm də bu faktı “dəyişən şərtlərin qaz intriqalarını yeni dönəmə daşıması” hesab edir.
Qəzet “Azərbaycan-Qərb enerji əməkdaşlığı yüksək mərhələyə keçir, TANAP-ın ardınca TAP-ın da inşası başlanır, İranın da qoşula biləcəyi enerji layihəsi Rusiyanın “ofsayt” statusunu möhkəmləndirəcək” düşüncəsini nəzərə çatdırır. Qəzetin iddiasına görə, son iki gündə RF prezidenti Putinin Bakıya iki dəfə telefon açması da Rusiyanın bu layihələrdən kənarda qalmasına bağlıdır.
Qəzet keçən həftə enegetika naziri Natiq Əliyevin ABŞ-ın Azərbaycanda səfiri Robert Sekuta ilə görüşünə də əsas səbəb kimi bu günkü toplantının mahiyyətini göstərir.
Qəzetə görə, 3500 km uzunluğa malik qaz dəhlizi Avropa və Türkiyəni daha çox Rusiayanın qaz asılılığından xilas etmək məqsədi güdür.
-
- Siyasət
- 29 Fevral 2016 13:05
-
- İqtisadiyyat
- 29 Fevral 2016 13:29
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz