Hökumət bazarla yarmarkanın fərqini müəyyən edib
Nazirlər Kabineti oktyabrın 19-da 3 aprel 2014-cü ildən qüvvədə olan “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edib. Müvafiq qərar prezidentin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası məqsədilə verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, bazar, topdansatış bazarı, pərakəndə satış bazarı, kənd təsərrüfatı məhsullarının satış bazarı, yaşıl market, fermer mağazası, yarmarka, eləcə də kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarka-satışı yerlərinə aydınlıq gətirilib. Məsələn, yaşıl marketdə bitki, bitkiçilik və heyvandarlıq məhsulları satılır. Yaşıl marketin anbarı, laboratoriyası, avtoparkı, eləcə də sertifikatlaşdırılmış ekoloji kənd təsərrüfatı məhsullarının satış yeri olmalıdır.
Fermer mağazalarında xüsusi fərqləndirici lövhələr quraşdırılmalıdır.
Hökumət yarmarkaların təşkili səllahiyyətini yerli icra hakimiyyətlərinə verib. Onlar yarmarkaların təşkili üzrə xüsusi tədbirlər planı hazırlamalıdır. kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının satış-yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında müəyyən günlərdə (şənbə və bazar günləri, bayram günləri və digər əlamətdar günlərdə) təşkil edilir. Yarmarkalarda xüsusi lövhələrdə satılan malların qiymətləri göstərilir. Bu yarmarkalar dövlət büdcəsinin vəsaiti ilə təşkil edilir. əgər yarmarkanı ayrı-ayrı şəxslər təşkil edirsə, onlar da maliyyələşdirir. 08D
-
- Cəmiyyət
- 24 Oktyabr 2016 13:02
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 13:24
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz