Nurçuların evlərində reydlər
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarnın keçirdiyi reyd zamanı yerli sakinlərdən nurçuluğu təbliğ edən dini kitablar götürülüb.
DİN-in məlumatına görə, Sahil qəsəbəsində yaşayan Rizvan Həmidovun (1983-cü ildə anadan olub) evinə baxış zamanı təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.
Lökbatan qəsəbəsində İlkin İbrahimovun (1975-ci ildə anadan olub) evindən 14 ədəd belə kitab aşkar edilib. Həmin qəsəbənin sakinləri Samir İbrahimovdan (1977-ci ildə anadan olub) 17 ədəd, Tərixanım İbrahimovadan (1960-cı il) 10 ədəd, Qəndab Hüseynovadan (1975-ci il) 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Fakt üzrə araşdırma aparılır, DİN mətbuat xidmətindən Turan-a bildirilib. —06D-
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 12:43
-
- İqtisadiyyat
- 24 Oktyabr 2016 13:05
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz