Hökumət növbəti neft müqaviləsini təsdiq edib
Nazirlər Kabinetinin № 173 qərarı ilə SOCAR və Zenith Aran Oil Company Limited arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişi təsdiq edib. Saziş bu ilin martında imzalanmışdı.
Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq.
Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir. Yataqlardan həmçinin, az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.
Blokun qalan ehtiyatı 1,8 mln ton neft və 36 mln kubmetr qaz olarq qiymətləndirilir. Hazırda yataqda 77 quyu istismar edilir.
Yataqda hasil edilən kiçik həcmdə qazdan təsərrüfat-istehsal üçün istifadə edilir.
“Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqları Yevlax-Ağcabədi-İmişli ərazisindədir. “Muradxanlı” 1971-ci, “Cəfərli” 1984-cü, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib. –12--
-
- İqtisadiyyat
- 3 May 2016 12:35
-
- İqtisadiyyat
- 3 May 2016 12:39
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz