«Baltika-Bakı» MMC-nin yeni rəhbəri
2016-cı ilin mayından Carlsberg Group-un Azərbaycandakı “Baltika–Bakı” şirkətinə Viktor Semak rəhbərlik edəcək. O, eyni zamanda iki şirkətə Carlsberg Group – «Baltika-Bakı» və Carlsberg Kazakhstan-a rəhbərlik edəcək.
Semak 2013-cü ilin martından Carlsberg Kazakhstan şirkətinin prezidentidir.
Baltika- Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir. Carslberg Group-un hissəsi olan “Baltika” şirkəti zavodunu 2008-ci ildə əldə edib və 2009 ilin mayında rekonstruksiyadan sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitrdir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 milyon AZN, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon AZN təşkil edir.
“Baltika-Bakı” məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-nı təşkil edir (2015-ci il). Şirkət “Xırdalan®”, “Tuborg®”, “Baltika 7®”, “Baltika 0®”, “Baltika 9®”, “Xırdalan Draft®”, “Kuler®”, “Əfsanə®”, “33 Export”, “Jiqulyovskoye Firmennoye®” kimi tanınmış brendləri istehsal edir. -08D—
-
- İqtisadiyyat
- 3 May 2016 12:38
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz