Rüfət Aslanlı: «Bank Standard istisna olmaqla, digər banklar sağlamdır»
“Bank Standard” ASC-nin müvəqqəti administratoru Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası oldu. Qurumun rəhbəri Rüfət Aslanlı bugünkü mətbuat konfransında bildirib ki, bankın aktivləri və likvidliyi ilə bağlı vəziyyətin pisləşməsi, maliyyə-kredit strukturu səhmdarlarının yaranmış vəziyyətdən çıxmaq üçün resurs və vasitələrə malik olmaması ilə əlaqadar qərar Direktorlar Şurası tərəfindən qəbul edilib.
R.Aslanlının sözlərinə görə, müvəqqəti tədbirlər 3 ay müddətində – bankın maliyyə sağlamlaşdırılması proqramı dövründə tətbiq edilir. Həmin məqsədlə Azərbaycan Mərkəzi Bankından yarım il müddətinə 15 mln. manat həcmində kredit alınıb. Banka hökumət dəstəyinin həcmi ay ərzində müəyyən ediləcək.
Palata rəhbəri görülmüş daha bir tədbir barədə bilgi verib. Belə ki, məhkəmənin qərarı ilə iyunun 3-dək manatlər və depozitlər üzrə ödənişlər olmayacaq.
“Sözügedən qurumdan başqa müvəqqəti inzibatçılıq etməyə başqa “namizəd” yoxdur, - R.Aslanlı ictimaiyyəti və digər bankları sakitləşdirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurun vəziyyətə nəzarət edir və bütün maliyyə-kredit təşkilatlarında stress-testlər keçirir.--17D—
-
- İqtisadiyyat
- 3 May 2016 12:39
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz