
Kabel televiziyasının xidmət paketi 10 manat oldu
Əvvəllər yerli operatorlar televiziya proqramları üçün baza paketini 7-9 manata satırdısa, sentyabrın 1-dən onun qiyməti 10 manat olub.
KATV1-in Sabunçu şöbəsində Turan-a bildiriblər ki, bahalanma manatın devalvasiyası ilə bağlıdır. Çünki avadanlıq və yayım hüququ dollarla alınır.
Bundan başqa, xidmət spektri də genişləndirilib. KATV1 baza paketinə xarici kanallar üçün dil dəstəyi də əlavə edib. Yayımlanan kanalların sayı da artırılıb. Əhali arasında KATV1, AiləTV, Connect, B&BTV Communications, ATVPlus, SmartTV Plus daha populyardır. --17D—
-
- İqtisadiyyat
- 1 Sentyabr 2015 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz