Kənd təsərrüfatı məhsullarının ixracı 26,2% artıb
2016-cı ilin I rübündə Azərbaycan kənd təsərrüfatı mallarının ixracını 26,2% artırıb. Ölkədən tərəvəz ixracı isə 4,5 dəfə artıb, deyə Kənd Təsərrüfatı Nazirliyində Turan-a bildiriblər.
Üç ayda 13 513 ton tərəvəz ixrac edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 10,6 min ton çoxdur. İxrac coğrafiyası barədə məlumat verilmir. Hərçənd məlumdur ki, istixana şəraitində yetişdirilən pomidor və xiyar əsasən Rusiyaya tədarük edilir. Tərəvəz ixracından $14,1 mln (+4,9 dəfə) əldə edilib.
Tərəvəzdən fərqli olaraq, meyvə ixracı (18 637 ton) 18,9% azalıb.
Tütünçülər ixracatı artırıb. I rübdə xarici tütün şirkətlərinə 860 ton fermentləşdirilmiş tütün (+61,2%) satılıb. Bir ton tütün $4245-a (+14,1%) satılıb.
İlin əvvəlindən 3967 ton pambıq ixrac edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 3053 ton çoxdur. Bir ton pambıq $1495-a satılıb. Bu, ötən ilkindən 13,1% ucuzdur. İlin əvvəlindən 3 ayda kənd təsərrüfatı məhsullarının ixracı (dəri sənayesi nəzərə alınmaqla) $11,2 mln artaraq $54,2 mln təşkil edib. 08B
-
- İqtisadiyyat
- 5 May 2016 13:05
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz