Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatı başlayır
Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatı başlayır. Yarışlarda 16 komanda iştirak edir ki, onlar da ilkin mərhələdə dörd qrupa ayrılıb.
A qrupuna Azərbaycan, Portuqaliya, Belçika və Şotlandiya daxildir.
В qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina;
С qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç;
D – İtaliya, Serbiya, Niderland, İspaniya.
Qrup mərhələsində matçlar mayın 5-12-də keçiriləcək. Hər qrupdan iki ən yaxşı komanda 1/4 finala çıxacaq.
1/4 final görüşləri mayın 14-15-də, yarımfinal görüşləri mayın 18-də olacaq. Final oyunu mayın 21-də keçiriləcək.
Çempionat yarışları Olimpiya Stadionunda, həmçinin “Azərsun” (Suraxanı), “Baksel-arena” (8 km. qəsəbəsi) və “Dalğa” (Şüvəlan) arenalarında keçiriləcək.
Açılış mərasimi saat 19:00-da Olimpiya Stadionunda olacaq. Bundan sonra Azərbaycan və Portuqaliya yığmaları qarşılaşacaq.
Mütəxəssislər İngiltərə, İspaniya, Niderland və Fransa yığmaların favorit adlandırırlar.—06В--
-
- İqtisadiyyat
- 5 May 2016 13:02
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz