Azərbaycan Müdafiə Nazirliyi müddətdən artıq hərbi xidmətə qəbul elan edib
Azərbaycan Müdafiə Nazirliyi müddətdən artıq hərbi xidmətə qəbulla bağlı qaydaları açıqlayıb. Bu, “müddətdən artıq hərbi xidmət keçmək istəyən
vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınmaqla edilib”, - məlumatda deyilir.
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən hərbi vəzifəlilər xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Müddətdən artıq hərbi xidmətə həqiqi hərbi xidməti keçmiş, ən azı ümumi orta təhsili olan 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilir.
Namizəd peşə-psixoloji seçim komissiyasından keçməlidir. Həmçinin namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir.
Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir.
İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər.
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı:
- komanda üzrə raport (ərizə);
- tərcümeyi-hal;
- təhsil haqqında sənədin surəti;
- doğum haqqında şəhadətnamənin surəti;
- nikah haqqında şəhadətnamənin surəti (evlidirsə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaqları varsa);
- xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə (işləyirsə);
- yaşayış yerindən və ailə tərkibi haqqında arayış;
- məhkumluğun olub olmaması barədə "ASAN xidmət" Mərkəzləri tərəfindən verilmiş arayış;
- ehtiyatda olan əsgər və çavuşlar üçün hərbi biletin surəti;
-şəxsiyyət vəsiqəsinin surəti;
- sağlamlıq haqqında arayış (forma 7) (yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş).
Əlaqə üçün telefon nömrələri:
(012) 538-85-62
(012) 538-54-83
(012) 539-55-19
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz