Ermənistan hökuməti Qarabağın tanınması haqqında qanun layihəsini təqdir edib
Yerevan/05.05.16/Turan-Armİnfo: Mayın 5-də Ermənistan hökuməti “Artsax Respublikasının tanınması haqqında” qanun layihəsini təqdir edib. Sənədi deputatlar Zarui Postancyan və Qrant Baqratyan təqdim ediblər. Qanun layihəsi təsdiqlənmək üçün ölkə parlamentinə göndərilib.
Qanun layihəsinin əsaslandırılmasında deyilir ki, onun qəbulunun vacibliyi Ermənistan və Qarabağ nümayəndələri arasında bu mövzuda müzakirələrin nəticələri ilə əlaqədardır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan layihə üzrə fikrini bildirəcək.
Qeyd edək ki, Z.Postancyan bundan öncə iki dəfə analoji sənədi təqdim edib. Lakin hakim çoxluğun mövqeyinə görə baş tutmayıb, belə ki, əksəriyyət hesab edir ki, Yerevan Dağlıq Qarabağı tanıyarsa problemin nizamlanması üzrə sülh danışıqları dayandırıla bilər.
Xatırladaq ki, bundan öncə Ermənistan rəhbərliyi bəyan edib ki, Yeravan genişmiqyaslı müharibə olduğu halda Qarabağı tanıya bilər.-02D-
-
- Cəmiyyət
- 5 May 2016 10:27
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz