Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bununla bağlı qərar fevralın 3-də Mərkəzi Seçki Komissiyasının iclasında qəbul olunub.

İclasda bildirilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkilərinin nəticələri ləğv edilib.

Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab olunur. Sözügedən bələdiyyənin tərkibinə Sabirabad rayonunun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

Eyni zamanda 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə  bir seçki məntəqəsinin nəticələri ləğv edilib.

İclasda qeyd olunub ki, bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına 20 müraciət, dairə seçki komissiyalarına 10 müraciət daxil olub.

Müraciətlər 81 saylı İmişli, 69 saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 82 saylı İmişli-Saatlı, 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə daxil olub.

119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib.

69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti