Lisenziyasız proqram təminatının istifadə səviyyəsi 90-dan 85%-ə düşüb

Business Software Alliance (BSA) təşkilatı “The Software Alliance” (BSA) təşkilatı 301 saylı xüsusi məruzəsini ABŞ Ticarət nümayəndəliyinin ofisinə (USTR) təqdim edib. (http://www.bsa.org/~/media/Files/Policy/Trade/BSA2015Special301.pdf) для 301 saylı xüsusi məruzə USTR tərəfindən hazırlanan və ABŞ şirkətlərinin, həmçinin onların məhsullarının digər ölkələrdə əqli mülkiyyət hüquqları üzrə qanunlarına əsasən ticarət maneələri ilə üzləşməsi hallarının müəyyənləşdirilməsinə dair illik hesabatdır.

BSA Azərbaycan hökumətinə tövsiyə edir ki, əqli mülkiyyət və müəllif hüquqlarının mühafiəsi ilə bağlı bunları tövsiyə edir.

- Əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericiliyin icrasını həyata keçirən dövlət orqanları və agentliklərinə (“ex officio” orqan) müvafiq səlahiyyətlərin verilməsini və lisenziyasız proqram təminatından istifadənin qarşısını almaq məqsədilə əqli mülkiyyət hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını təmin edəcək dəyişikliklərin Cinayət Prosessual və İnzibati Prosessual məcəllələrdə əks olunması;

- Mülki Məcəllədə kommersiya istifadəçilərinə qarşı effektiv tədbirləri təmin etmək məqsədilə qarşı tərəfə bildiriş verilmədən tərəflərin birinin müraciəti əsasında axtarış tədbirlərinin keçirilməsini nəzərdə tutan (“ex parte” araşdırma) dəyişikliklərin edilməsi;

- Dəymiş zərərin qarşılanması məqsədilə Mülki Məcəllədə, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanuna, əqli mülkiyyətin qorunması və computer proqramları təminatının piratçılığına qarşı mübarizə haqqında qanuna müvafiq düzəlişlərin edilməsi.

Azərbaycanda piratçılıq səviyyəsi 90-dan 85%-ə düşüb. BSA təşkilatı hesab edir ki, Azərbaycanda əqli mülkiyyət və müəllif hüquqlarının mühafiəsi ilə bağlı tədbirlərin icrası gücləndirilməlidir.

Müəllif Hüquqları Dövlət Aegntliyinin məlumatına əsasən, «İnzibati Xətalar Məcəlləsi» və CM-ə dəyişikliklər edilib. Onlara əsasən, audiovizual əsərlərin, fonoqramların, kompüter proqramlarının, kitabların satışına görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 150 manat cərimə edilir. Qanunvericilikdə cinayət məsuliyyəti, 7 min manatadək cərimə və 2-4 il azadlıqdan məhrumetmə də var. --17D—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti