TŞ 4500-dən çox dərman preparatının tənzimlənməsi üçün qərarlar qəbul etməyə hazırlaşır
Tarif Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şuranın dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı son qərarından sonra rəsmi dövlət qəzetinin suallarına cavab verib.
Nazir deyib ki, bu, topdan və pərakəndə qiymətlərlə bağlı ilk qərardır. Qərar dövlət qeydiyyatından keçmiş 4500 preparatdan 250-i əhatə edir. Amma müxtəlif dozalar, ticari qablaşdırma, həb sayı və s. ilə bağlı tənzimlənəcək dərman sayı daha çoxdur. Ona görə idxalçılardan müraciət daxil olduqca TŞ-nın yeni qərarları qəbul ediləcək. Mustafayevin sözlərinə görə, ilin sonuna kimi əsas dərman preparatlarının qiymət tənzimlənməsi başa çatacaq.
Nazir yeni qiymətlərin 45 gün ərzində qüvvəyə minməsinə də aydınlıq gətirib. O, qeyd edib ki, yeni qiymətlərin dərmanların üzərinə yerləşdirilməsi xeyli vaxt tələb edir. Yeni qiymətlərin yerləşdirilməsi İSN və Səhiyyə Nazirliyinin birgə müəyyən etdiyi xüsusi qayda ilə həyata keçiriləcək.
Mustafayevin sözlərinə görə, apteklərdə vahid qiymət vətəndaşların dərman xərclərini azaldacaq, nəzarətin artması nəticəsində vergi mədaxili artacaq.
Qeyd edək ki, TŞ dərman preparatlarının təxmini qiymət qiyahısını da dərc edib. Siyahıdan görünür ki, onların çoxu dəfələrlə baha satılıb. 08D
-
- İqtisadiyyat Göstəriciləri
- 1 Avqust 2015 15:36
-
- İqtisadiyyat
- 2 Avqust 2015 13:52
İqtisadiyyat
-
Qızılın dünya fyuçersləri $2 800-dən yuxarı qalxaraq tarixi rekord müəyyənləşdirdi, Investing.com portalı xəbər verir. Qiymət 2023-cü ilin orta göstəricisini iki dəfədən çox üstələyərək inflyasiya və geosiyasi qeyri-sabitlik fonunda qızıla tələbatın artdığını göstərir.
-
Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirləri bu həftə Ankarada ikinci üçtərəfli görüşlərini keçirdilər və iqtisadiyyat, enerji və nəqliyyat sahələrində regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji sənəd olan Ankara Bəyannaməsini imzaladılar.
-
Hökumət məlumatlarına görə, Azərbaycanda mal-qaranın sayının azalması və yem qiymətlərinin kəskin artması fonunda ət və süd məhsullarının idxalı sürətlə artır. Bu vəziyyət ölkənin heyvandarlıq məhsullarına olan daxili tələbatını ödəməkdə çətinlik çəkdiyini vurğulayır.
-
Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 6,98% azalıb, ixrac kəskin enərkən idxal artıb. Bu tendensiya ölkənin ticarət balansı və manatın sabitliyi ilə bağlı narahatlıqları artırır, gömrük məlumatları göstərir.
Rəy yaz