Maliyyyə Nazirliyi istiqrazların satışı üzrə hərracları bərpa edib
Bu gün Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazlarının satışı üzrə hərrac keçiriləcək. Sonuncu dəfə hərrac fevralın 12-də keçirilib.
Hərraca ümumi məbləği 15 mln manat olan istiqrazlar çıxarılıb.
BFB-nin məlumatında deyilir ki, istiqrazların tədavül müddəti 91 gün, ödəniş tarixi 31 mart 2017-ci ildir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Maliyyyə Nazirliyi iki hərracda 20 mln manat və $22 mln manatlıq istiqrazlar yerləşdirib. Nazirlik cəmi 400 mln manat və $500 mln məbləğində istiqrazlar buraxıb. 08D
-
- Mədəniyyət
- 1 Mart 2016 13:39
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz