Martın 3-də Müasir İncəsənət Muzeyində on iki azərbaycanlı rəssamın rəsm əsərlərindən ibarət sərgi açılacaq.
Müasir İncəsənət Muzeyinin yaydığı məlumata görə, “12?” adlı sərgidə fırça ustalarının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.
Sərgiyə tanınmış rəssamlar Altay Sadıqzadə, Anar Hüseynzadə, Eldar Məmmədov, Elşən Qaraсa, Elşən Sərxanoğlu, Emin Əsgərov, Əli İbadullayev, Fəxri Abbasov, Hüseyn Haqverdiyev, Rəşad Babayev, Şamil Buksayev və Vüqar Quliyevin sənət əsərləri təqdim olunacaq. Sərgi aprelin 3-dək davam edəcək.
-
- İqtisadiyyat
- 1 Mart 2016 13:49
Mədəniyyət
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
Rəy yaz