Neft Fondu Mercury Investments and Holdings Ltd-nin istiqrazları üzrə investisiyalardan 14 mln. əldə edib
2014-cü ildə Dövlət Neft Fondu (SOFAR) üç il ərzində (2012-2014-ci illər) Mercury Investments and Holdings Ltd. şirkətinin istiqrazlarının alınması üzrə investisiyalardan 14 mln. əldə edib. Bu barədə Fondun illik hesabatında deyilir.
2013-cü il 18 iyul və 18 noyabr Azərbaycan Dövlət Neft Fondu Mercury Investments and Holdings Ltd. şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 100%-lik törəmə müəssisəsi) istiqrazlarını müvafiq olaraq 250,000 min ABŞ dolları və 70,000 min ABŞ dolları məbləğində nominal dəyərə alıb. 31 dekabr 2013-cü il tarixinə bu istiqrazların balans dəyəri 252,977 min AZN (2012: sıfır) olub. İstiqrazların ödəmə tarixi müvafiq olaraq 1 avqust 2014-cü və 15 dekabr 2014-cü ildir və kupon dərəcəsi müvafiq olaraq ildə 2% təşkil edir.
2012-ci il sentyabrın 26-da tarixində Fond “Mercury Investments and Holdings Ltd.” şirkətinin istiqrazlarını 200,000 min ABŞ dolları məbləğində nominal dəyərə alıb. 31 dekabr 2014-cü il tarixinə bu istiqrazların balans dəyəri 156,880 min AZN (2013: 160,588 min AZN) olub. İstiqrazların ödəmə tarixi 31 dekabr 2027-ci ildir və kupon dərəcəsi 6 aylıq USD LIBOR + 1.335% təşkil edir. Alış Azərbaycan prezidentinin 27 oktyabr 2011-ci il tarixli 519 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydaları” haqqında fərmanına uyğun olaraq həyata keçirilib. Bu istiqrazın buraxılmasının əsas məqsədi Azərbaycan Respublikasında Gəmiqayırma zavodunun təkmilləşdirilməsi və yenidən qurulması olub. 08B
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Rəy yaz