Nardaranda etiraz aksiyası
Bu gün islamçıların Qüds Günü münasibətilə İsrail səfirliyinin önündə keçirdikləri aksiya zamanı 72 nəfər, o cümlədən 4 qadın saxlanılıb. Bu barədə Turan-a saxlanılanlardan biri, İslam Partiyası sədrinin müavini Akif Heydərli bildirib.
Onları 17 saat polis bölməsində istidə darısqal kamerada saxlayıblar, oturmağa belə yer olmayıb.
Saat 17.00-a yaxın hamını buraxıblar. Lakin İP liderinin səlahiyyətlərini icra edən Elçin Manafov, sədr müavini Vüqar Həsənov və Hacı Həsən adlı dindarı məhkəməyə aparıblar.
“Çox güman ki, onları cərimələyəcəklər”, - A.Heydərli qeyd edib.
Saat 18:00-da Nardaran qəsəbəsində də Qüds Günü münasibətilə aksiya başlayıb. Turan-ın müxbirinin məlumatına görə, aksiyada 500-dək adam iştirak edir.
Mitinqdə “Qüds Fələstinindir!”, “İsrailə ölüm!”, “Masonlara ölüm!”, “Qarabağ Azərbaycanındır!” sözləri yazılmış plakatlar qaldırılıb.
Aksiya iştirakçılari İsrail, Ermənistan, ABŞ və Böyük Britaniyanın bayraqlarını yandırmağa hazırlaşırlar. Onlar Qərb əleyhinə qətnamə qəbul edəcəklər.—06D--
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Rəy yaz