Qüds günü ilə əlaqədar keçirilən aksiyada saxlanılanların hamısı azad edilib
İyulun 10-da İsrail səfirliyi qarşısında Qüds günü münasibətilə keçirilən aksiya zamanı saxlınılanların hamısı axşama doğru azad edilib.
AİP-in sədr müavini Akif Heydərli Turana bildirib ki, cəmi 72 nəfər, o cümlədən 4 qadın saxlınılıb.
68 nəfər polis bölmələrindən sərbəst buraxılıb, dörd aksiya iştirakçısı isə məhkəmə qarşısına çıxırılıb.
Partiyanın sədr əvəzi Elçin Manafov, sədrin müavini Vüqar İbayev və daha iki fəal Samir Qasımov və Bayram Babayev İnzibati xətalar məcəlləsinin 298 –ci maddəsilə (mitinqlərin keçirilməsi qaydasının pozulması) xəbərdarlıq aldıqdan sonra məhkəmə salonundan sərbəst buraxılıblar. Bu barədə Manafov özü Turana bildirib.-0-
-
- Cəmiyyət
- 10 İyul 2015 19:51
-
- Foto sessiyalar
- 11 İyul 2015 00:58
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz