Prezident İlham Əliyev İtaliyada TAP qaz kəmərinin taleyini müzakirə edib
İtaliyada işgüzar səfərdə olan prezident İlham Əliyev bu ölkənin baş naziri Matteo Rensi ilə görüşüb.
Rəsmi məlumatda deyilir ki, geniş tərkibdə keçirilən görüş zamanı M.Rensi ikitərəfli münsibətlərin uğurlu inkişafını qeyd edib, onları tərəfdaşlıq münasibətləri adlandırıb və genişləndirilməsinə tərəfdar olduğunu bildirib.
Əsasən Rensi TAP (Transadriatik) qaz kəməri layihəsinin reallaşması məqsədilə əməkdaşlığın vacibliyini qeyd edib.
Buna cavab olaraq İ.Əliyev ikitərəfli münasubətləri strateji tərəfdaşlıq münasibətləri adlandırıb, onun siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Görüş zamanı infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.02D-
-
- Cəmiyyət
- 10 İyul 2015 12:44
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:09
İqtisadiyyat
-
Azərbaycan hökuməti 2024-cü il üçün dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə ümumilikdə 4,83 milyard manat (2,8 milyard dollar) vəsait ayırıb, Maliyyə Nazirliyi məlumat verib.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar tarixində ölkənin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etmək məqsədilə iclas keçirdi. İclasda Bakı şəhəri və ətraf ərazilərindəki nəqliyyat problemlərinə diqqət çəkildi. Son illərdə infrastruktur sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Əliyev şəhərin sürətlə artan əhalisi səbəbindən nəqliyyat sıxlığının hələ də böyüyən bir problem olduğunu vurğuladı.
-
Azərbaycan 2024-cü ili 37,16 milyard manat həcmində dövlət büdcəsi gəlirləri ilə tamamladı, bu isə proqnozları 2,1% üstələyərək 2023-cü illə müqayisədə 5,5% artımı əks etdirir. Büdcə xərcləri 37,72 milyard manat təşkil edərək 555,5 milyon manat məbləğində idarə olunan kəsirlə nəticələndi. Kəsirə baxmayaraq, hökumət, gözləniləndən daha yüksək qeyri-neft gəlirləri və ehtiyatlı xərclərin nəzarəti ilə maliyyə dayanıqlığını və resursların strateji bölgüsünü nümayiş etdirdi.
-
Maliyyə Nazirliyinin bazar ertəsi açıqladığı məlumatlara görə, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın xarici dövlət borcu 5,16 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkənin 2024-cü il üzrə ÜDM-nin 6,9%-nə bərabərdir.
Rəy yaz