Mətbuat-Monitorinq 10.07.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İtaliyaya işgüzar səfərinə dair xəbərləri ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” qəzeti ölkədə maliyyə böhranının dərinləşdiyi vaxtda Mərkəzi Bank üçün 141 metr hündürlüyü olan inzibati bina tikilişinin bərpasını “hakimiyyətin yeni korrupsiya layihəsi” sayaraq ilk səhifəyə çıxarıb.
Jurnalsit Xədisə İsmayılın işində “cinayət”lik bir şey tapmadıqlarını bəyan edən vəkil Fazir Namazlı cinayət işinə xitam verilməsini xahiş etdiklərini deyib.
ABŞ mediası rəsmi Bakının xalqa münasibətini “iqtidardakılar düşünür ki, vətəndaşlar nəfəs almalarına görə də onlara müinnətdar olmalıdır” şəkilndə ifadə edir.
Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğlunu avtoxuliqanlığa görə saxlayan yol polisi əməkdaşı işdən qovulub.
Ekspertlər hazırda ciddi problemlər yaşayan Çin iqtisadiyyatına Neft Fondunun 1 milyard dollar yatırmaq səylərini “böyük risk” adlandırırlar.
Qəzetin iddiasına görə, dövlət başçısı İlham Əliyev Avropa Oyunları ərəfəsində hakimiyyətin hədəfə gəlməsinə görə nazirlər Kəmaləddin Heydərov, Ziya Məmmədov və komitə sədri Nazim İbrahimovdan izahat tələb etməyə başlayıb.
“Yeni Yasamal” tikinti şirkəti Məhəmməd Xiyabani küçəsi 5-də tikdiyi binada vətəndaşlara aid mənzilləri təkrar satdığı üçün sakinlər piketə hazırlaşırlar.
“Ekspress” Ermənistanın etirazlarına baxmayaraq, ATƏT PA-nın Azərbaycan ərazilərinin işğal olunmasını təsdiq etməsini ön plana çəkib.
10 dini icmaya maliyyə vəsaiti ayrıldığını deyən Dini Komitənin sədri Mübariz Qurbanlı bu vəsaitlərin dini radikalizmə qarşı mübarizə yönündə sərf olunmasını təklif edib.
“Novoe Vremya” Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanın Böyük Britaniya parlamentində çıxış etməsini diqqət mərkəzinə çəkərək “Bakı nə ilə cavab verəcək?” sualını ünvanlayır.
“Bizim yol” 12 siyasi partiya Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etmədiyi üçün qeydiyyatlarının ləğv oluna biləcəyi xəbərdarlığını ilk səhifəyə yerləşdirib.
Əhalinin qısa müddətdə banklardan 116 milyon manat pul çıxarmasını qəzet “əmanətçinin pulu harada saxlaması dərdi” kimi dəyərləndirir.
“Yeni Müsavat” Türkiyə tərəfin qaz nəqlilə bağlı Rusiya ilə hər hansı nəticə əldə olunmaması bəyanatını “Putinin “türk axını”nın durdurulması” adlandıraraq önə çəkib.
Qəzet ABŞ-ın 16 senatorunun İlham Əliyev sərt tonda məktub yazmasını “Ziya Məmmədovun “lobbist” oğlunun fiaskosu” hesab edir.
Ekspertlərə isnad edən qəzet son 10 ayda Mərkəzi Bankın valyuta ehtiyatlarının 60% azaldığını diqqətə çatdırır.
Qəzetin iddiasına görə, “ASAN Xidmət” sədrinin keçmiş I müavini Rəşad Abbasov keçmiş nazir müavini Aslan Aslanovun əmlakını başqalarının adına rəsmiləşdirməyinin qurbanı olub.
-
- Siyasət
- 10 İyul 2015 12:20
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz