Polis islamçıların İsrail səfirliyinin önündə aksiyasının qarşısını alıb
Cümə günü səhər gücləndirilmiş polis dəstələri islamçıların İsrailin Bakıdakı səfirliyinin önündə aksiya keçirməsinin qarşısını alıb.
Bir qrup dindar Qüdsün işğalına etirazını bildirmək üçün səfirliyin önünə gəlib.
Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, səfirliyin qarşısı polis tərəfindən mühasirəyə alınıb. Jurnalistlərə çəkiliş etməyə imkan verilməyib. 20- dən çox aksiya iştirakçısı Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıb. Onların arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrin müavinləri Akif Heydərli və Vüqar İbayev də var.
Sıra jurnalistlərə də çatıb. Polis onlarla kobud davranaraq aksiyanın keçirildiyi yerdən qovub.
Qüds Günü ənənəvi olaraq islamçılar tərəfindən qeyd olunur. Bütün dünyada islamçılar işğalçılardan Qüdsün azad olunmasını tələb edirlər. Bu təşəbbüs İranın dini lideri İmam Xomeyniyə məxsusdur.16/03В-
-
- Cəmiyyət
- 10 İyul 2015 12:44
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz