«Şahdəniz-2» layihəsi çərçivəsində dəyəri $1,5 mlrd olan yeni müqavilə imzalanıb
“Şahdəniz” konsorsiumu bu gün “Mərhələ -2” layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması üçün dəyəri $1,5 mlrd olan yeni müqavilə imzalayıb.
“BP-Azerbaijan” şirkətinin (“Şahdəniz” layihəsinin operatorudur) yaydığı məlumatda bildirilir ki, bu müqavilənin icrası BOS Şelf LLC, Saipem Contracting Netherlands B.V. və Star Gulf FZCO şirkətlərindən ibarət konsorsiumua həvalə edilib.
Müqavilə çərçivəsində görüləcək işlərə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların daşınması və quraşdırılması məqsədilə “Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.
BP-nin Şahdəniz Mərhələ 2 layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frənk Uilson demişdir: “Bu əməkdaşlıqda biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi Şahdəniz Mərhələ 2-nin sualtı qurğularının daşınması və quraşdırılmasında əsas işləri görəcək. Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq”.
Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022 ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında şərq-cənub, şərq-şimal və qərb-cənub sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə “İsrafil Hüseynov” borudüzən barjının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.
Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb. –12D—
-
- İqtisadiyyat
- 3 May 2016 14:06
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz