Səfir: Avstriya investisiyaları kompleks hüquqi müdafiə təqdirində arta bilər
Kompleks hüquqi müdafiə təmin edilsə, Azərbaycana Avstriya investisiyaları arta bilər, - deyə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex “Caspian Energy” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməlidir. “Ölkənizin Avstriyaya ixracat üzrə ticarət dövriyyəsinin müsbət saldosu var. Amma bu saldonun əsasını, bir qayda olaraq, neft-qaz resursları təşkil edir. Avstriyaya neft və qaz ixracatı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 92 faizini təşkil edir”- deyən səfir ikitərəfli əlaqələrdə şaxələnmənin qaçılmaz olduğunu vurğulayıb.
Əsas diqqəti qeyri-neft sektoruna, məsələn, kənd təsərrüfatına yönəltmək, Azərbaycanı nəqliyyat habına çevirmək lazımdır, deyə o, qeyd edib.
Onun sözlərinə görə, Avstrianın bir çox şirkətləri Azərbaycandakı fəaliyyətlərini davam etdirmək niyyətindədir. Onlar uzunmüddətli perspektivlərlə əməkdaşlıq etmək istədiklərini bildiriblər. “Dünyada hökm sürən böhrana baxmayaraq, şirkətlərin burada qalmaq istəmələri, fikrimcə, çox yaxşı göstəricidir. Biz kənd təsərrüfatı, turizm, inşaat, ekoloji sahədə texnologiya, İKT və infrastruktur sektorları üzrə əməkdaşlıqda maraqlıyıq”- deyə, A.Vex qeyd edib.
Plana əsasən, iyun ayında Avstriyanın kənd təsərrüfatı nazirinin Azərbaycana səfəri gözlənilir. Bundan başqa, ildə ərzində Avstriya və Azərbaycan arasında yeni parlament dostluq və əməkdaşlıq qrupu da ölkənizə səfər edəcək. --17D—
İqtisadiyyat
-
2024-cü ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi azalmağa davam edib. Bu barədə RBC-nin araşdırdığı Qazaxıstan, Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının məlumatlarında bildirilir. Bank infrastrukturu və Zolotaya Korona, Unistream, Contact kimi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən əməliyyatlar nəzərə alınaraq tərtib olunan rəqəmlər, 2022-ci ildəki artımdan sonra köçürmələrdə davamlı azalma tendensiyasını göstərir.
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
Rəy yaz