Federika Moqerini: «Aİ tərəfdaşlarla münasibətlərdə insan hüquqlarına önəm verir»
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda rəsmi görüşləri zamanı insan haqlarına hörmət edilməsinin, ifadə və toplaşma azadlığının Aİ üçün əhəmiyyətini qeyd edib. Bu barədə o, fevralın 29-da Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Aİ hesab edir ki, uzunmüddətli inkişaf və rifaha yol açıq cəmiyyətdən və azadlıqlara hörmətdən keçir.
«Biz yaxın tərəfdaşlarımız ilə münasibətlərdə buna böyük əhəmiyyət veririk», - Moqerini vurğulayıb.
O qeyd edib ki, prezident İlham Əliyevlə görüşüb. Növbəti gün vətəndaş cəmiyyətinin fəalları ilə görüşəcək.06С-
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Rəy yaz