Moqerini Azərbaycanın Avropa İttifaqına sıx iqtisadi inteqrasiyası üçün şərtləri açıqlayıb
Yeni reallıqlar — neftin qiymətinin aşağı olması və regionda iqtisadi artımın zəif olması şəraitində Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri fevralın 29-da Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə XİN rəhbəri Elmar Məmmədyarovun danışıqlarının əsas mövzularından biri olub.
Bu kontekstdə Mogerini qeyd edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına dair danışıqlarda irəliləyiş Azərbaycanda açıq və rəqabət qabiliyyətli biznes mühitin formalaşması və ölkənin Avropa İttifaqı ilə böyük inteqrasiyası üçün yaxşı imkanlar yaradıb.
Mogerini deyib ki, tərəflər iqtisadiyyatın diversifikasiyası məqsədilə islahatların həyata keçirilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.
Onun sözlərinə görə, Azərbaycan regionda Aİ-nin əsas ticarət tərəfdaşlarından biridir.
Öz növbəsində Aİ Azərbaycanda ən iri investordur. Lakin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial var.
Aİ nümayəndəsi qeyd edib ki, Bakı və Brüssel strateji tərəfdaşlıq haqqında yeni hərtərəfli saziş üzərində işləyirlər. 2015-ci ilin mayında «Şərq tərəfdaşlığı»nın Riqa sammitində Azərbaycan tərəfi sazişin mətnini baxılmaq üçün Brüsselə təqdim edib.
Lakin Bakı «Şərq tərəfdaşlığı» çərçivəsində təklif olunan assosiativ sazişdən imtina eidb.06C--
Siyasət
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
-
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin 141-ci doğum günüdür. Bu gün Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın fəalları Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə anım tədbirləri keçiriblər.
Rəy yaz