Xəzər Dəniz Gəmiçiliyi kredit reytinqi alacaq
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC “Fitch Rating” agentliyindən kredit reytinqi almaq istəyir, deyə AXDG inzibati işlər və ictimaiyyətlə əlaqələr departamentində Turan-a bildiriblər.
Kredit reytinqinin verilməsi haqqında müqavilə 2015-ci ildə imzalanıb və yaxın vaxtlarda verilməsi gözlənilir. Agentliyin mütəxəssisləri AXDG-nin təsərrüfat-maliyyə fəaliyyətini öyrənməkdə davam edir.
Strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün paralel şəkildə 2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanıb. Sənəd hökumətlə razılaşdırma mərhələsindədir.
AXDG-də Turan-a deyiblər ki, 2015-ci il mənfəətli olub. Hazırda “Ernst & Young” şirkəti maliyyə hesabatlarının auditini həyata keçirir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də 9 min nəfər çalışır. 2015-ci ildə orta aylıq əmək haqqı 2014-cü ilə nisbətən 15% artaraq 749 manat, üzücü heyət üzrə isə 835 manat təşkil edib.
AXDG-nin sərəncamında 290 gəmi və başqa üzən qurğu var. Bunun 90-ı tanker (33), quru yük gəmisi (20), bərə (13) və s-dir. Yaxın vaxtlarda Qara və Aralıq dənizlərdə üzən gəmilərin sayı 5-dən 11-ə artırılacaq. 08B
-
- Siyasət
- 5 May 2016 14:19
İqtisadiyyat
-
2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) vasitəsilə daşınan yüklərin həcmi 62% artaraq 4,5 milyon tona çatıb, Qazaxıstanın Baş naziri Oljas Bektənov çərşənbə günü Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə bildirib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
-
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının iclası bazar ertəsi günü İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirildi. İclasda agentliyin 2024-cü il üzrə fəaliyyətinin icmalı təqdim olunub və 2025-ci il üçün əsas prioritetlər müəyyən edilib.
-
2025-ci ilin yanvar ayında Bakı şəhərində "Turan" agentliyi tərəfindən tərtib edilmiş, 30 əsas yerli ərzaq məhsulunu əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 0,3% artdı.
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
Rəy yaz