Azərbaycan yüksək səviyyəli xarici mütəxəssislərin cəlb edilməsində maraqlıdır
Xarici vətəndaşlara Azərbaycanda işləmək asan olacaq, - Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev belə hesab edir.
Caspian European Club üzvləri ilə görüşdə o qeyd edib ki, bu, qanunvericilik dəyişikliklərinin qəbul edilməsi ilə bağlıdır, ancaq bu son variant deyil. Çünki xarici sahibkarlar DMX-nin sorğuları əsasında təşəbbüslərlə müraciət etməkdə davam edirlər. Bundan sonra təkliflər hökumətin baxılması üçün göndərilir.
Təkliflərin təqdim edilməsi ilə bağlı sonuncu kampaniya mayın 15-ə qədər uzadılıb, - deyə Nəbiyev bildirib. O, qeyd edib ki, yüksək ixtisaslı xarici mütəxəssislərin cəlb edilməsi qaydaları artıq işlənilib və təsdiq mərhələsindədir.
AR DMX 2007-ci ilin martın 19-da Azərbaycanda işləmək istəyən əcnəbilərin qeydiyyatını asanlaşdırmaq məqsədi ilə yaradılıb. --17D
-
- İqtisadiyyat
- 5 May 2016 14:32
-
- Siyasət
- 5 May 2016 14:47
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko əməkdaşlıq məsələlərini müzakirə edərək, SOCAR və Rusiyanın “Tatneft” neft şirkəti arasındakı tərəfdaşlıqdan məmnun olduqlarını bildiriblər.
-
Azərbaycan hökuməti sənaye və kənd təsərrüfatı zonalarına investisiyaları cəlb etmək səylərini artırır. 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 31 yeni sahibkarlıq subyektinə rezident statusu, bir sahibkara isə qeyri-rezident statusu verib. Bu, ölkənin post-münaqişə bölgələrində və digər ərazilərində iqtisadi inkişafı sürətləndirmək istiqamətində yeni mərhələ hesab olunur.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq miqyasda üst axın (upstream) əməliyyatlarını genişləndirərək, qlobal portfelində strateji dəyişiklik həyata keçirir. Şirkətin İsrailin Tamar qaz yatağında 10%-lik və Abu-Dabidəki SARB və Umm Lulu dəniz neft layihələrində 3%-lik pay əldə etməsi, SOCAR-ın Azərbaycan sərhədlərindən kənardakı ambisiyalarının artdığını göstərir.
Rəy yaz