Kreml Bakını və Yerevanı təmkinli olmağa çağırır
Kremldə Dağlıq Qarabağ münaqişəsinin tərəflərini kövrək sülhü poza və regionda gərginliyin artmasına gətirib çıxara biləcək addımlardan uzaq olmağa çağırırlar. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Ermənistan hökumətinin müxalifətin Dağlıq Qarabağın tanınması haqqında qanun layihəsini təqdir etməsini şərh edərkən bildirib.
“Biz bu kontekstdə qəbul ounan qərarları çox diqqətlə izləyirik və şübhəsiz, əvvəlki kimi münaqişə tərəflərinin kifayət qədər kövrək olan sülhü poza və bütünlükdə Dağlıq Qarabağda gərginliyin artmasına gətirib çıxara biləcək hər-hansı addımdan uzaq olacağına ümid edirik”, deyə TASS agentliyi Peskovdan sitat gətirir.
O, Yerevanın Dağlıq Qarabağın tanınması haqqında qanun layihəsini Moskva ilə müzakirə edib-etməyəcəyi barədə suala inkaredici cavab verib. -02D-
Siyasət
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 212
Rəy yaz