Bakıda V İnvestorlar Yarmarkası keçirilir
Bakı/06.10.17/Turan: Bu gün Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" adlı V İnvestorlar Yarmarkası keçirilir.
Tədbirin məqsədi regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə dəstək üçün xarici investorların cəlb edilməsidir. Konfransda Milli Məclis, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbər şəxsləri, bankların, bank olmayan kredit təşkilatlarının, investisiya şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertləri iştirak edirlər.
Tədbirdə çıxış edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva İnvestorlar Yarmarkasının məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar/donorlar və xidmət təminatçıları arasında əlaqələrin və bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasına xidmət etmək olduğunu deyib.-71D-
-
- İqtisadiyyat
- 6 Oktyabr 2017 14:11
-
- Maliyyə
- 6 Oktyabr 2017 14:16
Maliyyə
-
2024-cü ilin dekabr ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 646,45 milyon manat vəsait köçürüb.
-
“Bakı Fond Birjası”nda (BFB) “Embafinans” bank olmayan kredit təşkilatının (BOKT) AZ2013020600 ISIN kodlu, 2 milyon manatlıq, 1 il tədavül müddətli faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
-
“Premiumbank”ın səhmlərinin 84,5%-nin sahibi Zərifə Həmzəyeva vəfat edib.
-
2024-cü ildə Azərbaycan əhalisi 83 093,4 milyon manat nominal gəlir əldə edib.
Rəy yaz