
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
“Azərbaycan vasitəsilə marşrut razılaşdırılıb. Hazırda danışıqların son mərhələsindəyik. Həcmlər artıq razılaşdırılıb.
Nazir bildirib ki, tərəflər layihənin dəyərini müzakirə edirlər.
İran hakimiyyəti Rusiya, Qətər və Türkmənistanla birlikdə ölkə ərazisində qaz qovşağı yaratmağa ümid edir.
Rusiya prezidenti Vladimir Putin yanvarın 17-də iranlı həmkarı Məsud Pezeşkianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsini təsdiqləyib.
Onun sözlərinə görə, birinci mərhələdə tədarük 2 milyard kubmetr təşkil edə bilər. Lakin sonra ildə 55 milyard kubmetrə qədər artırıla bilər.
Qeyd edək ki, rəsmi Bakı belə bir layihə ilə bağlı heç bir məlumat verməyib.
2 rəy
Rahim
2025-01-17
Rusiya və İran öz əraziləri kimi Azərbaycan üzərindən qaz xətti, dəmir yolu çəkir. Ancaq Qazaxstan və Türkmənistana Xəzərin dibi ilə qaz və neft boru xətlərini Azərbaycan üzərindən Türkiyə və Avropaya çəkməyə icazə vermirlər. Biz suveren öıkə deyilik?
Müslüm Əliyev
2025-01-18
А зачем Стране Огней пуповина голубого топлива соединяющая страны-изгои?