Bank Respublika “Qızıl Aypara Cəmiyyəti” ilə birgə cəbhə bölgəsində aztəminatlı ailələrə dəstək oldu!
Bakı, 01 may 2020.
Ölkəmizdə müxtəlif sosial layihələrin təşəbbüskarı və eləcə də dəstəkçisi olan “Bank Respublika”, dövlət başçısı İlham Əliyevin çağırışlarına qoşularaq, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi zamanı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusi diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmağa yönəlmiş təşəbbüslərini davam etdirir.
Belə ki, “Bank Respublika”nın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə Ağdam, Fizuli və Tərtər rayonlarında yaşı 65-i keçmiş tənha, ahıl insanlara, eləcə də aztəminatlı 100 ailəyə baş çəkilərək onlara müxtəlif gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı və şəxsi gigiyena vasitələri ilə təqdim edilib.
Bu təşəbbüs, Bank tərəfindən koronavirusla mübarizə çərçivəsində görülən bir sıra vacib tədbirlərin davamıdır. Qeyd edək ki, Bank Respublika həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olan ilk banklardan biri olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yekunları ilə bağlı qiymətli kağızlar icmalını açıqlayıb. Sənədə əsasən, ötən il kapital bazarında 72 473,3 milyon manat dəyərində 72 272 əqd bağlanılıb.
-
2025-ci ilin yanvar ayında Azərbaycan bankları Mərkəzi Bank və Dövlət Neft Fondunun birlikdə keçirdiyi hərraclarda 498,8 ABŞ dolları məbləğində valyuta alıb.
-
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yekunları ilə bağlı kredit ittifaqı icmalını açıqlayıb.
-
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yekunları ilə bağlı bank olmayan kredit təşkilatı (BOKT) icmalını açıqlayıb.
Rəy yaz