Kiçik banklarln dövrü başa çatır - «Accessbank»ın nümayəndəsi
Bakı/06.10.17/Turan: Azərbaycanın bank sektorunun konsolidasiyası davam edir, bunu jurnalistlərə açıqlamasında "Accessbank" QSC-nin İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənov deyib.
O qeyd edib ki, kiçik bankların dövrü başa çatır. Onun sözlərinə görə, bir neçə il əvvəl lider olan banklar indi konsolidasiya variantını nəzərdən keçirir.
Bundan əlavə, A.Həsənov bildirib ki, 2017-ci ilin mart ayından sonra kreditləşmədə canlanma müşahidə olunur və bu əsasən mikrokreditlər sahəsində hiss olunur.
Onun sözlərinə görə, bu seqmentdə kreditlərin məbləği 2,5 dəfə artıb, bu da birinci devalvasiyaya qədərki dövrün göstəricisinə yaxındır.-71D-
Maliyyə
-
2024-cü ildə Azərbaycan əhalisi 83 093,4 milyon manat nominal gəlir əldə edib.
-
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 37 164,2 milyon manat, büdcədən xaricolmalar isə 37 719,7 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
-
2024-cü ildə Azərbaycanda icbari tibbi sığorta daxilolmaları təxminən 1 milyard manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
-
“Azərbaycan Kredit Bürosu”nun biznesdən müştəriyə (B2C) formatında hazırladığı “Findoc” portalının 100 min istifadəçisi var.
Rəy yaz