MM sədri Oqtay Əsədov
Parlament 2019-cu il üçün dövlət büdcəsinin müzakirəsinə başladı
Bakı/13.11.18/Turan: Milli Məclis çərşənbə axşamı 2019-cu ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb.
Dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2018-ci ilin dövlət büdcəsindən 3,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri ÜDM-in 28 faizini təşkil edəcək.
Büdcə gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xəttilə gəlirlər 31,9%, ARDNF-dən köçürmələr 49,6%, Dövlət Gömrük Komitəsinin xəttilə gəlirlər15,1%, digər gəlirlər 3,4% -ni təşkil edir.
Dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 7,8 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 30,2% -ni təşkil edəcək.
Qanunvericilik zərfində 2019-cu il üçün yaşayış minimumu (180 manat) müəyyən edilib, Əmək qabiliyyətli əhali üçün o, 191 manat, təqaüdçülər üçün 149 manat, uşaqlar üçün isə 160 manat üçün nəzərdə tutulub.
Dövlət büdcəsində dolların məzənnəsi 1,7 min manat, neftin bir barrelinin qiyməti isə 60 dollar səviyyəsində müəyyənləşdirilib.
Parlament müzakirələri noyabrın 14, 15, 23 və 30-da davam etdiriləcək.
Sonra dövlət büdcəsi layihəsi yenidən baxılmaq üçün hökumətə göndəriləcək, bundan sonra parlamentdə səs veriləcək.
Xatırladaq ki, Hesablama Palatası əvvəllər dövlət büdcəsi haqqında bir sıra tənqidi rəylər verib. Beləliklə, burada hesab edirlər ki, 2019-cu il üçün dövlət büdcəsini tərtib edilərkən risklər nəzərə alınmayıb.
Hesablama Palatasının rəyində dövlət büdcəsinin parametrlərini proqnozlaşdırılarkən yalnız bir ssenari nəzərdə tutulub. Bu isə büdcənin risklərinin qiymətləndirməsini məhdudlaşdırır.
"ABŞ valyutasının məzənnəsi yalnız 1.7000 manat səviyyəsində göstərilib. 0,80 manat və ya 2,0 manat kimi fərqli ssenari büdcənin gəlirlər hissəsində mümkün dəyişiklikləri proqnozlaşdırmaq və dövlət borcu ilə bağlı öhdəliklərin maliyyələşdirilməsi zamanı yaranacaq fərqləri nəzərə almaq imkanı verə bilər".
Hesablama Palatası eləcə də başqa bir nümunə neftin qiymətini göstərir. Dövlət büdcəsi layihəsində bir barrel neftin qiyməti 60 dollar səviyyəsində göstərilir. Palatada hesab edilir ki, digər ssenarilər - nikbin 100 dollar və bədbin $ 40 da nəzərdə tutmaq olardı. -71D-
-
- Siyasət
- 13 Noyabr 2018 14:07
-
- İqtisadiyyat
- 13 Noyabr 2018 14:46
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını dəyişib. Qurum bu qaydanı 18 oktyabr 2023-cü ildə təsdiqləmişdi.
-
2024-cü ildə Azərbaycanda ehtiyat fondlarından 716,8 milyon manat vəsait ayrılıb.
-
Hesablama Palatası "Bakı Metropoliteni"ndə kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
-
Dünya Bankı Qrupunun Direktorlar Şurası Azərbaycanla olan tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiq edib.
Rəy yaz