Unibank daha bir yenilik etdi
Daim öz əməkdaşlarının inkişafına çalışan Unibank, bu istiqamətdə daha bir yenilik edib. Bank, əməkdaşlarının bilik səviyyəsini "Gamefication"vasitəsi ilə inkişaf etdirir. Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir. "Gamefication"-ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. "Gamefication"-nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə "Gamefication"-nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.
Unibank-hər kəsin bankı!®
-
- Cəmiyyət
- 11 Fevral 2019 12:53
-
- İqtisadiyyat
- 11 Fevral 2019 13:00
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydasını dəyişib. Qurum bu qaydanı 18 oktyabr 2023-cü ildə təsdiqləmişdi.
-
2024-cü ildə Azərbaycanda ehtiyat fondlarından 716,8 milyon manat vəsait ayrılıb.
-
Hesablama Palatası "Bakı Metropoliteni"ndə kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
-
Dünya Bankı Qrupunun Direktorlar Şurası Azərbaycanla olan tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiq edib.
Rəy yaz