İranla sərhəddə Azərbaycan vətəndaşı öldürülüb
Bakı/11.02.19/Turan: Fevralın 11-də İranla sərhəddə, Azərbaycanın "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənubda) yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, Zülfüqar Seyfullayev İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edirmiş.
"Həmin şəxs Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq İran istiqamətində geriyə doğru qaçıb. "Dövlət sərhəddi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb", - xəbərdə qeyd edilir.
Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq hadisə ilə əlaqədar əməliyyat-istintaq hərəkətləri həyata keçirir.
Bununla yanaşı, Zülfüqar Seyfullayevin yaxınları və İran tərəfi sərhəddə baş verənlərə hələ münasibət bildirməyiblər.
Ümumiyyətlə, Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə gətirlib. Son illərdə hüquq- mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddə gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Eyni zamanda, dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhəddi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.
İranla sərhəddə sonuncu silahlı insident isə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum ollub ki, o əvvəllər də Azərbaycanın dövlət sərhəddini qanunsuz keçib və Azərbaycan sərhədçisini yaralayıb.
Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki halda təhlükəsizlik və sərhəd təhlükəsziliyi məsələləri diqqət mərkəzində olub. -03B-
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz