Amerika Film Festivalı "İnsan Ruhunun Qüdrəti"
Baku / 04.26.19 / Turan: ABŞ-ın Azərbaycandakı Səfirliyi "Park Cinema" ilə əməkdaşlıq edərək, Bakıda ilk "Amerika Film Festivalı"na sponsorluq etməkdən məmnundur. Bütün filmlər 2019-cu il mayın 1-5-də "Park Cinema Fleym Touers"-də nümayiş olunacaq və "İnsan Ruhunun Qüdrətini" nümayiş etdirəcək.
"İlk Adam","Yaraşıqlı Oğlan", "Yaşıl Kitab", "Simonu Sev" və "Bir Ulduz Doğulur" kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və "Park Cinema" kassalarında da mövcuddur.
ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə "Park Cinema"ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:
Film | Həftə Günləri | Günlər | Vaxt | Zal # |
İlk adam | Çərşənbə | 1 may 2019 | 19:00 | 3 & 4 |
Yaraşıqlı Oğlan | Cümə axşamı | 2 may 2019 | 19:00 | 3 |
Yaşıl Kitab | Cümə | 3 may 2019 | 19:00 | 3 |
Simonu Sev | Şənbə | 4 may 2019 | 19:00 | 3 |
Bir Ulduz Doğulur | Bazar günü | 5 may 2019 | 19:00 | 3 |
Filmlərin nümayişi; Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən "Park Cinema"da olacaq |
"Amerika Film Festivalı" barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy və yaxud "Park Cinema"nın rəsmi veb-saytına: www.parkcinema.az müraciət edərək əldə edə bilərsiniz. ®
Mədəniyyət
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
Rəy yaz