
Azərbaycanlı tarixçi, İstanbul Universitetinin doktorantura tələbəsi Sevil İrəvanlı Ankarada keçirilən XVİİİ Kitab yarmarkasında Türkiyədə çıxan kitablarını oxucular üçün imzalayıb. Turan
Баку/30.10.22/Turan: Azərbaycanlı tarixçi, İstanbul Universitetinin doktorantura tələbəsi Sevil İrəvanlı Ankarada keçirilən XVİİİ Kitab yarmarkasında Türkiyədə çıxan kitablarını oxucular üçün imzalayıb. İrəvanlının imzaladığı kitabların adları belədir: ”Kafkasya`da kırım ve sürgünler”, “Mehmet Sadık Aran” və “Türk dünyası yazıları”.
İmza mərasimi münasibətiylə Turan İnformasiya Agentliyinə açıqlama verən Sevil İrəvanlı deyib: ”İstanbulda keçirilən TÜYAP y yarmarkası başda olmaqla, Türkiyənin bütün şəhərlərində keçirilən kitab yarmarkaları canlı və həyəcanlı olur. Aldığım məlumata görə, XVİİİ Ankara yarmarkasına təxminən 200 min oxucu gəlib. Kitablarımın burada da ciddi marağa səbəb olması məni çox sevindirdi. Yarmarkada Türkiyənin önəmli tədqiqatçı-yazarlarıyla da tanış oldum.Bundan sonra kitablarımı İstanbul, İzmir və digər şəhərlərdəki yarmarkalarda da imzalamağa cəhd göstərəcəyəm”.
1962-ci ildə Qərbi Azərbaycanda anadan olan Sevil İrəvanlının Türkiyədə çapdan çıxmış kitabları elmi dairələr tərəfindən obyektiv əsərlər kimi qarşılanaraq o kitablara tez-tez istinad edilir. -0—
Rəy yaz