Paşinyanın partiyası Qarabağ nizamlanması yeni konsepsiyasını təsdiqləyib
Bakı/29.10.22/Turan: Oktyabrın 29-da Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib.
Qurultayda çıxış edən parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər “Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır”.
“Biz əminik ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunu hazırlamaqdan keçir.
Ermənistan öz qonşuları üçün təhlükə mənbəyi hesab edilməməlidir, onun qonşuları isə Ermənistan üçün təhlükə mənbəyi olmamalıdır”, - “Armenpress” agentliyi Rubinyandan sitat gətirir.
“Dağlıq Qarabağ probleminə gəlincə, partiya onun həlli üçün yeni konsepsiya qəbul edir. Əgər əvvəllər Qarabağın statusu onların hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, indi ermənilərin təhlükəsizliyi və hüquqları prioritet hesab edilir və status bu təminatlar sistemindən çıxarılır”, - o deyib.
Sülhün bərqərar olması partiyanın 2026-cı ilə qədər olan dövr üçün 3 prioritetlərindən biri adlandırılıb.-02D-
-
- Siyasət
- 29 Oktyabr 2022 15:56
-
- Mədəniyyət
- 30 Oktyabr 2022 15:16
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz