Eurovision-2019-da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək
Bakı/09.03.19/Turan: Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycanı müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
Müğənni Bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth" adlanan əsəri ilə çıxış edəcək.
"Etiraf edirəm ki, "Truth" mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq", deyə Milanov bildirib.
Qeyd etmək lazımdır ki, müəllifin mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib.
"Truth" zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.
"Eurovision 2019" mahnı müsabiqəsi üçün olduqca ciddi hazırlaşan Çingiz Mustafayev öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb.
Çingiz Moskvada dünyaya göz açıb. O, 6 yaşında ailəsi ilə birgə 20 min əhalisi olan Azərbaycanın Qazax şəhərinə köçüb. İfaçı, yeniyetmə yaşlarında gitarada ifa edib, mahnılar bəstələyib. Çingiz Mustafayev 13 yaşında anası və qardaşı ilə Qazaxdan Bakıya köçüb. Burada o, "Pop İdol" verilişinin Azərbaycan versiyasında qalib gəlib, Azərbaycan musiqisinin doğulan ulduzu olub.
Müğənni 2013-cü ildə Azərbaycanı Yurmalada təşkil olunmuş "Yeni dalğa" müsabiqəsində təmsil edib. 2016-cı ildə isə Ukraynada "Səs" layihəsinə qatılıb. Çingiz itləri, səyahəti və yoqanı sevir. O, açıq havada meditasiya edir, kunq-fu ilə məşğul olur və velosiped sürür. -06D-
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz