Bakı/09.03.19/Turan: XİN başçısı Elmar Məmmədyarov İrana rəsmi səfərə gedib. Bu barədə idarənin mətbuat xidmətinin məlumatında deyilir.
Səfər çərçivəsində Məmmədyarovun İran rəsmiləri ilə görüşləri keçiriləcək.
Öz növbəsində, İranın Mehr agentliyi xəbər verir ki, martın 9-da başlayan səfər çərçivəsində Məmmədyarov İranın XİN başçısı Cavad Zərif tərəfindən qəbul ediləcək.
Azərbaycanın XİN başçısının səfəri iqtisadi inkişaf naziri Şahin Mustafayevin səfərindən bir neçə gün sonra baş tutur. O, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Həmçinin, əlavə edək ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın İranda olub, o, İranın ali rəhbərliyi tərəfindən qəbul edilib və onun səfərdə olduğu günıərdə Azərbaycanda narazılığa səbəb olan bəyanatlar və şüarlar səslənib. -02D-
-
- Cəmiyyət
- 9 Mart 2019 10:54
-
- Mədəniyyət
- 9 Mart 2019 12:32
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz