Frankofoniya festivalı açılır
Bakı/26.03.19/Turan: 30 mart-15 aprel tarixlərində Bakıda ənənəvi Frankofoniya festivalı keçiriləcək. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
Festivalın təşkilində Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviya səfirlikləri, həmçinin Avropa İttifaqının Bakıdakı nümayəndəliyi iştirak edəcək.
Festival çərçivəsində müxtəlif mədəni tədbirlər təşkil olunacaq, filmlər nümayiş etdiriləcək, Fransa mətbəxindən yeməklər təqdim olunacaq, sərgi, musiqi nömrələri nümayiş etdiriləcək. -02D-
-
- Siyasət
- 26 Mart 2019 17:03
Mədəniyyət
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 294
-
- Cəmiyyət,
- 14:38
- 345
-
- Söz istəyirəm,
- 12:21
- 373
Rəy yaz